"Hər hansı bir səhv sevgini bitirmir" - Aslı Enver

"Hər hansı bir səhv sevgini bitirmir" - Aslı Enver
5351 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gündən etibarən “İstanbullu gelin” serialı üçüncü mövsümə start verir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Star TV”də yayımlanan serialın baş qəhrəmanları Sürəyya obrazını canlandıran aktrisa Aslı Enver və Faruxu oynayan aktyor Özcan Denizdir. Serial efirə getməmişdən öncə Aslı kanallardan birinə müsahibə verib.

O, ekran işinin bu qədər reytinq toplamasının səbəblərini açıqlayıb:

“Bir layihəni tamaşaçıya sevdirmək çox çətin işdir. Ona görə öz adıma deyirəm ki, məncə, biz əldə etdiyimiz uğurun qiymətini bilməliyik. Bütün komanda ürəklə çalışır.
Rejissor deyib ki, istənilən səhnəni səmimi, olduğu kimi oynayaq. Biz də buna görə obraza ruhumuzu qoyuruq və tamaşaçı bunu görür”.

Canlandırdığı Sürəyya xarakterindən söz açan Enver bildirib ki, bu mövsüm adı çəkilən obraz tam fərqli formada izləyici qarşısına çıxacaq:

“Serial tətilə çıxanda Sürəyyə uşağını itirən və Faruxun onu başqa qadınla aldatdığını düşünən biri idi. İndi o, keçmişi unudub, gələcəyə doğru irəliləmək istəyir. Amma bəzən birinin səhv etməsi qarşı tərəfin sevgisini bitirə bilmir. Elə güclü sevgilər olur ki… Sürəyya və Farux da elə sevirlər”.