“Beni böyle sev” serialının aktyoru Güvən Kıraça ağır itki üz verib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 57 yaşlı aktyorun atası Güner Kıraç vəfat edib.

Məlumata əsasən, 80 yaşlı Güner uzun müddətdir reanimasiyada olduğu xəstəxanada keçinib.

Kıraç sabah doğulduğu Kuzuluq kəndində ailə qəbirsanlığında dəfn olunacaq.