"Bergüzar 8 illik arvadım, dəyərlimdir" - Halit əsəbiləşdi

"Bergüzar 8 illik arvadım, dəyərlimdir" -  Halit əsəbiləşdi
11421 dəfə oxunub
  • A-
  • A
  • A+

2009-cu ildə ailə aktrisa Bergüzar Korellə ailə quran Halit Ergenç evlilikləri ilə bağlı tənqidlərə cavab verib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, xanımı ilə fotosunu paylaşan aktyor bunları yazıb:

"İllər əvvəl münasibətimizə başlayanda hər kəs haqqımızda nə gəldi danışanda nələr yaşadığımızı bir müsahibədə açıqlamışdım. İnsan olan münasibətimizi anlayar. Amma illər sonra hələ də evliliyimiz haqqında xoşagəlməz sözlər danışılmasını başa düşə bilmirəm. Yenə də deyirəm - ilk ailə həyatıma son qoymağıma Bergüzar səbəb olmayıb. Çətinliklər olacağını gözə alıb, sevgi ilə başlayan bir münasibətdir bizimki.

Digər tərəfin isə ailəsi, uşaqları var. Bir az hörmət göstərin. Bergüzar Korel mənim 8 illik arvadımdır, oğlum Əlinin anasıdır, hər zaman sevdiyim və ən qiymətlimdir. Haqqımızda yazılanları qınayıram".