Ərbillə Nevin arasındakı qalmaqal böyüyür

Ərbillə Nevin arasındakı qalmaqal böyüyür
4111 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nevin şoumen Mehmet Əli Ərbildən hamilə qaldığını deyərək gündəmə gəlib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Ərbil "İki-üç dəfə görüşdüyüm birindən necə uşaq sahibi ola bilərəm ki? Hamiləliyi bitirmək üçün məndən 260 min lirəlik (təxminən 130 min manat) avtomobil istədi, mən də aldım" deyib.

Bundan sonra Nevin "Uşağımı abort etdirdim, çantama 5 min dollar atıblar" açıqlamasını verib. Daha sonra müğənni jurnalistlərə məsələ ilə bağlı açıqlama verib:

"3 aydır birlikdəyik. Səhhətindəki yoxlamalarla bağlı iki gün xəstəxanada qaldı. Başının üstündə onu gözlədim, yuxusuz gecələr keçirdim. Fədakarlığıma baxmayıb, mənə şər atır. Guya ondan 260 minlik avtomobil istəmişəm. Çox insafsız və vicdansız bir açıqlamadır. İndi ona qarşı heç nə hiss etmirəm.

Avqustun 30-da hamilə olduğumu öyrəndim, ona zəng vurub dedim. Mənə "Xəstəyəm, uşaq şikəst doğular" cavabını verdi. Dedim ki, təkcə adını ver, başqa heç nə istəmirəm. Evdə tək idim, dostunu üstümə göndərdi, sərt danışdı, qorxdum. Gedib uşağı aldırdım, 6,5 həftəlik idi. Qardaşı və dostu xəstəxanaya gəlib, çantama 5 min dollar atıblar. Onu məhkəməyə şikayət edəcəm. Bir daha hamilə qala bilməmə təhlükəm var. Ondan maddi və mənəvi haqqımı tələb edəcəm".