Pittlə bağlı sual Colini özündən çıxardı

Pittlə bağlı sual Colini özündən çıxardı
1901 dəfə oxunub
  • A-
  • A
  • A+

42 yaşlı Ancelina Coli son günlər aqressiv davranışları ilə diqqət çəkir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollivud ulduzu şəxsi həyatı ilə bağlı suallara hiddətlənib. Hətta aktrisa bir şouda rejissorla dava edib.

Coli "Gecə xətti" adlı şouda yeni filmini təqdim etmək üçün qonaq olub. Ancelina son günlər hər yerdə bildirir ki, onu aktrisa kimi yox, rejissor və ssenarist kimi təqdim etsinlər.

Şou zamanı aparıcı aktrisaya Enci Bret Pittlə boşanması haqda sual verib. Həmin an Coli əsəbiləşməyə başlayıb. O, çəkilişi dayandırmağı və həmin kadrların silinməsini tələb edib. Ancelina gözündən axan yaşı silib və tez-tez "Mənimlə hər şey yaxşıdır" sözlərini təkrarlamağa başlayıb.

Aktrisa bildirib ki, tək qalmaq onun üçün çətindir.