Bu cütlük fataya görə həbs oluna bilər - foto

Bu cütlük fataya görə həbs oluna bilər - foto
3856 dəfə oxunub
  • A-
  • A
  • A+

Şri-Lankada gəlin fatasına görə məhkəməlik olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iki gün əvvəl baş versə də, toy edən cütlük haqda bu gün iddia qaldırılıb.

Belə ki, Kendi əyalətində adı açıqlanmayan gəlin fərqli addım atmaq istəyib. O, gəlinliyi üçün 3,5 kilometr uzunluğunda duvaq hazırladıb.

Rekord ölçülü duvağı daşımaq isə şagirdlərin öhdəsinə düşüb. Bu işi görmək üçün dövlət məktəbinən 250 şagird ayrılıb. Daha 100 şagird isə gülləri daşıyıb.

Lakin uşaqların müdafiəsi qurumu şagirdlərin bu işə cəlb edilməsini onların əməyindən sui-istifadə adlandırıb və məhkəməyə müraciət edib. Nəticədə adı açıqlanmayan cütlük məhkəməlik olub. 

Qurumun sədri Marini de Livera uşaqların dərs saatında belə bir iş üçün istifadəsini cinayət adlandırıb. O, gəlin və bəyin azı 10 il həbs oluna biləcəyini deyib.