Elza tənqid olunduğu müsabiqədən getdi

Elza tənqid olunduğu müsabiqədən getdi
2835 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan ARB-də yayımlanan "Xalqın şairi" verilişinin münsifliyindən gedib.

Axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçinin bu gün ikinci buraxılışı yayımlanan layihə ilə yolları qəfil ayrılıb. 

Qeyd edək ki, Elzanın şeir müsabiqəsinin münsifləri arasında yer alması ilk gündən etirazla qarşılanmışdı. Daim yazdığı şeirlərlə insanların gülüş obyektinə çevrilən, ələ salınan sənətçinin bu dəfə özünün "qiymət" verməyi narazılığa səbəb olmuşdu. İnsanlar telekanalın atdığı bu addımı tənqid edib, Elzanın şeir müsabiqəsində münsif olmağını Azərbaycan poeziyasının gülünc vəziyyətə salınması kimi qiymətləndirmişdi.