"Ən çox fotosessiya etdirən mənəm" - Günaydan iddialı açıqlama

"Ən çox fotosessiya etdirən mənəm" -  Günaydan iddialı açıqlama
4288 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli yeni fotosessiyasını təqdim edib. 

Axşam.az xəbər verir ki, sənətçi fotoqraf Zeynal Məmmədlinin  kamerası qarşısına keçib.

Günay bildirib ki, şou-biznesdə ən çox fotosessiya etdirən ifaçıdır:

"Yeni mövsümə başladıq. Bizi izləyənlər istəyirlər ki, bizi yeni görkəmdə görsünlər. Daha maraqlı olmaq üçün belə bir çəkiliş etdik.

Üç mahnı təqdim edəcəm: “Ürəyimin qatili”, “Bu gün mən peşmanam” və “Kabus”. Bir-birindən fərqli tərzdə yazılan bəstələrdir".

İbrahimli bundan əlavə, yeni klip üzərində çalışdığını deyib. “Ürəyimin qatili” adlı mahnıya çəkilən ekran işi bir həftə sonra izləyicilərə təqdim olunacaq. Günay bəstənin və klipi çəkən şəxsinin adını açıqlamasa da, iddialı və hitə çevriləcək bir mahnı ifa etdiyini söyləyib.