Tubanın keçmiş əri haqqında yazılan xəbərlərə əsəbiləşdi

Tubanın keçmiş əri haqqında yazılan xəbərlərə əsəbiləşdi
3860 dəfə oxunub
  • A-
  • A
  • A+
6 illik həyat yoldaşı Tuba Büyüküstündən boşanan aktyor Onur Saylak onun adından yazılan xəbərlərə əsəbiləşib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor keçmiş həyat yoldaşı haqda heç bir media orqanına açıqlama vermədiyini deyib:
 
“Bu gün yayılan bəyanat mənə aid deyil. Heç bir mətbu orqana mövzu ilə bağlı açıqlama verməmişəm. Həddini bilməyən bir qrup insanın məni mövzuya daxil etmək cəhdi ağlasığmaz dərəcədə çirkin və həqiqətə uyğun deyil. Hansı məqsədlə yazıldığını başa düşmədiyim xəbərlə bağlı hüquqi addımlar atılmağa başlanıb”.

Qeyd edək ki, Umut Evirgen adlı iş adamı ilə eşq yaşayan Tuba ilə bağlı keçmiş əri Onurun mediada bunları dediyi yazılıb:
 
“Biz Tubanın sevgilisi var deyə boşanmadıq. Belə axmaqlıq ola bilməz. Bu həm ona, həm mənə təhqirdir. Bizim münasibətimiz onsuz da bitmişdi. Uşaqlarımız üçün ailəmizi qorumağa çalışdıq, alınmadı”.