6 yaşlı Ruslan Rusiyanı heyran qoydu - video

6 yaşlı Ruslan Rusiyanı heyran qoydu - video
6857 dəfə oxunub
  • A-
  • A
  • A+
“Rusiya 1” kanalında yayımlanan “İnanılmaz insanlar” layihəsinin ikinci mövsümü həmyerlimiz Ruslan Səfərovun çıxışı ilə yadda qalıb.

Axşam.az-ın məlumatına görə, Qusar rayonundan yarışmaya qatılan Ruslan öz riyazi biliyi ilə həm tamaşaçıları, həm də münsiflər heyətini təəccübləndirib. Özünü “kalkulyator-insan” adlandıran 6 yaşlı oğlan riyaziyyat üzrə proqramçı olmaq arzusundadır.
 
Ruslana riyaziyyatı sevdirən isə atası Fuad Səfərov olub. O, oğlunu gələcəyin dahi riyaziyyatçısı kimi görür. Ruslan ən çətin riyazi məsələlərin öhdəsindən gəldiyindən münsiflər ona teleskop hədiyyə ediblər.