"14 yaşımdan dərdindən divanəyəm" - Şahrux Xanla görüşən model+fotolar

"14 yaşımdan dərdindən divanəyəm" - Şahrux Xanla görüşən model+fotolar
11311 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyanın tanınmış modeli Natalya Vodyanova “Vogue Women Of The Year” mükafatlandırma mərasiminə qatılmaq üçün Hindistana yollanıb.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, model Bollivud ulduzu Şahrux Xanla da görüşüb. O, milyonların sevimlisi ilə görüşünü belə təsvir edib:

“14-15 yaşımdan onun dərdindən dəli-divanəyəm. Onun “Həyatda hər şey olur”, “İstənilməyən gəlin” və “Dəli ürək” filmləri məndə Hindistanı görmək arzusu oyatmışdı. Bu gün mənə şəxsən Şahrux Xanla danışmaq nəsib oldu və ona “İlin aktyoru” mükafatını təqdim etmək şərəfinə nail oldum”.