Yeni mövsümü "Qoca və Mələk"lə açdılar

Yeni mövsümü "Qoca və Mələk"lə açdılar
433 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü “Qoca və Mələk” tamaşası ilə açıq elan edib. 

Axşam.az xəbər verir ki, rejissor Elnur Rzayevin quruluşunda təqdim olunan tamaşa bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun yaşadıqları, başına gələn əhvalatlar fonunda cərəyan edir. Plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Səhnə əsəri aktyorların ifasında tamaşaçıya inandırıcı ştrixlərlə, olduqca maraqlı tərzdə çatdırılıb. Tamaşanın maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.
 
Qeyd edək ki, səhnə əsərinin premyerası cari il mayın 6-da baş tutub.