“Yeddi muğam dünyasına səyahət” konsert proqramı olacaq

“Yeddi muğam dünyasına səyahət” konsert proqramı olacaq
970 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 6-da Beynəlxalq Muğam Mərkəzində “Yeddi muğam dünyasına səyahət” adlı konsert keçiriləcək.

Layihənin bədii rəhbəri Əməkdar Artist Fikrət Verdiyev, müəllifi isə Şahin Mirzəyevdi.
Konsertdə Xalq Artisti Arif Babayev, əməkdar artistlər Almaz Orucova, Səbuhi İbayev, xanəndələr Zakir Əliyev, Şahin Mirzəyev, Ehtiram Hüseynov, Sevinc Sarıyeva və Anar Quliyevin ifasında muğamlar səslənəcək.
Xanəndələri tarzən Fikrət Verdiyevin rəhbərlik etdiyi “Neftçi” ansamblı müşayiət edəcək.

AzərTac