"Fədayə mənə qədər bir neçə insanla tanış olmuşdu" - Tacir

"Fədayə mənə qədər bir neçə insanla tanış olmuşdu" -  Tacir
40262 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Tacir Şahmalıoğlu bir zamanlar duet ortağı olan həmkarı Fədayə Laçınla sevgili olması haqda danışıb.

Axşam.az-ın məlumatına görə, “APA TV” –nin “Show time” verilişinə qonaq olan sənətçi illər əvvəl dediyi sözləri danıb. O bildirib ki, Fədayə ilə sevgili olmayıb:

"Mənim ailəm, balalarım var. Ailəmin bir tükünü milyon insana dəyişmərəm. Duet ortaqlığı belədir ki, biz məcburən bir yerdə olurduq. Bir yerdə olanda deyirlər ki, sevgili həyatı yaşayırıq. Bəlkə Fədayə xanım məni sevirmiş, bundan xəbərim olmayıb. Fədayə xanım çox şey deyə bilər. Mən onunla sevgili olmamışam. Sevmək? Sevmək ancaq qızla oğlan arasında, qız uşağı olanda olur. O mənə qədər bir neçə insanla tanış olub. Mən onla necə sevgi yaşaya bilərəm ki?”.  

Qeyd edək ki, T.Şahmalıoğlu illər öncə ATV-nin “Düz üzünə” verilişində Fədayə Laçınla sevgili münasibətində olduğunu etiraf etmişdi.

F.Laçın isə cavabında “Bura Azərbaycandır, balaca yerdir. Yalan danışmağın adı yoxdur, hamı bir-birini tanıyır. Biz Tacir bəylə 6 il çalışdıq. Sevgili söhbətlərini 20 il sonra gündəmə gətirdilər. Yəni həmin vaxt mənim 20-21 yaşım var idi. O yaşadıqlarım uşaqlıq illərimin ağ vərəq hissəsi idi. Amma indi bu barədə çox danışmıram. Çünki övladım mənə baxır. İndi mənim sevdiyim də, hər şeyim də oğlumdur” demişdi.