Viktoriya Bekhem kürək dekolteli qırmızı libasda - fotolar

Viktoriya Bekhem kürək dekolteli qırmızı libasda - fotolar
2455 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı dizayner Viktoriya Bekhem yeni kosmetika brendinin təqdimatını keçirib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, Dublində keçirilən gecəyə 43 yaşlı dizayner kürək dekolteli qırmızı libasda qatılıb. Viktoriya geyimini qara dəri çəkmələrlə tamamlayıb. Bekhemin bu maraqlı libası sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib və o, qaraçı rəqsi ifa edənlərə bənzədilib.

Qeyd edək ki, keçmiş futbolçu Devid Bekhemlə ailəli olan Viktoriya 4 uşaq anasıdır.