Ədəbiyyat üzrə Nobel mükafatçısının adı bilindi

Ədəbiyyat üzrə Nobel mükafatçısının adı bilindi
686 dəfə oxunub
  • A-
  • A
  • A+
Ədəbiyyat üzrə Nobel mükafatına yapon əsilli, britaniyalı yazıçı Kadzuo İsiquro layiq görülüb.

Axşam.az “Report”a istinadən xəbər verir ki, bu barədə mükafatın saytında məlumat yayılıb.

Qeyd edək ki, Jak Dyuboşe (İsveçrə), Yoahim Frank (ABŞ) və Riçard Hederson (Böyük Britaniya) yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskopun hazırlanmasına görə bu mükafata layiq görülüblər.Tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Alimlər insan orqanizmində “molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf ediblər. ABŞ alimləri - Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq layiq görülüblər. Bu alimlər kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.

Qeyd edək ki, oktyabrın 9-da iqtisadiyyat sahəsində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı isə oktyabrın 6-da elan olunacaq.

Mükafatların təqdimat mərasimi dekabrın 10-da İsveçin paytaxtı Stokholmda keçiriləcək. 2017-ci ildə laureatlara 9 milyon İsveç kronu (1,12 milyon dollar) veriləcək. 2001-ci ildən Nobel fondu ilk dəfə laureatlara verəcəyi mükafatı 12,5 faiz artırıb. Əvvəllər qaliblərə 8 milyon kron, yaxud 931 min dollar pul mükafatı verilirdi.