Azərbaycan Dövlət Musiqili Teatrının əməkdar artist Boris Qrafkinin 80 illiyi yubileyi münasibətilə tədbir keçirilib.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, tədbirdə əməkdar artisti Svetlana Bulax sənətkarın həyat və yaradıcılığıdan danışıb, aktyorun ifa etdiyi rolların həmişə tamaşaçılar tərəfindən böyük sevgi ilə qarşılandığını vurğulayıb:

“Artıq 58-ci mövsümdür ki, Boris Fyodoroviç teatrın səhnəsinə çıxır. Onun 80 yaşı var, bu, hər aktyora nəsib olan xoşbəxtlik deyil. Mən bütün kollektivimiz adından B.Qrafkini yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı, bundan sonra daha da gümrah olmağı arzulayıram”.

Sonra Boris Qrafkinin iştirakı ilə macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası təqdim edilib. Əməkdar artist Boris Lukinskinin quruluşunda izlənilən tamaşada yubilyar əsas rollardan birini - Knyaz Volyapuk obrazını canlandırıb.