Bu yerli qala gecələri filmdən çox geyimlərlə yadda qaldı - fotolar

Bu yerli qala gecələri filmdən çox geyimlərlə yadda qaldı -  fotolar
24287 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyada keçirilən qala gecələrində hər zaman ulduzlar qalmaqallı geyimlərlə səs-küy yaradıb. Dəfələrlə, ulduzların uzun yarıqlı, dərin dekolteli libaslarının şahidi olmuşuq. Bu ənənə artıq bir neçə ildir ki, Azərbaycanda da rast gəlinməyə başlayıb. Son vaxtlar keçirilən qala gecələrində aktrisalarımızın geyimləri nümayiş olunan filmdən daha çox danışılıb.

Axşam.az qala gecələrinin undulmaz geyimlərini təqdim edir:

“Stalinin başı” filmində rol alan gənc aktrisa Ülfət Bəşir gecəyə geyindiyi libasla hələ də gündəmdədir. Onun ayaq yarıqlı və sinə dekolteli libası tək saytlarda yox, sosial şəbəkələrdə də ən çox müzakirə olunan libas olmuşdu.



Model Kamilla Babayevanın bir neçə gün əvvəl baş tutan “Gecə qonağı 2” filminin qalasındakı paltarı da açıq-saçıqlığı ilə müzakirələrə səbəb olub.

“Mələyin öpüşü” filminin qala gecəsində aktrisa Münəvvər Əliyeva paltarı ilə səs-küy yaradıb. Onun ekran işində canlandırdığı obrazdan çox gecədəki sinə dekolteli və uzun yarıqlı paltarı yadda qalıb.

Aktrisa Pərvin Abıyeva da rol aldığı “Xənnas” filminin qalasında paltarı ilə gündəmə gəlib. Belə ki, tədbir zamanı aktrisanın libası cırılmışdı. Bəziləri Pərvinin bunu diqqət çəkmək üçün qəsdən etdiyini iddia edirdi.

“Nazlı” filimniin qalasında aktrisa Xumar Səlimova da geyimi ilə gündəmə gəlmişdi. Uzun yarıqlı libas aktrisanı pis vəziyyətdə qoyub. O, hərəkət etdikcə yarıq qalxıb, ayaqları görünüb.

Türkiyəli aktrisa İrem Sakın Bakıda “Dönerse senindir" filminin qalasında geyindiyi paltar da yaddaqalanlar sırasına daxil olub. İremin qırmızı paltarı dərin sinə dekoltesi ilə seçilib.

Aktrisa Zarina Qurbanova da rol aldığı “Gizlənpaç” filminin qalasında geyimi ilə gündəmə gəlib. O gecəyə qara uzun yarıqlı paltarla qatılıb. Uzun yarıq oturanda aktrisaya çətin anlar yaşatmışdı.