Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib. 

Axşam.az xəbər verir ki, “Ürəyimin qatili”ni ekranlaşdırmar rejissor Əli Fərhada həvalə olunub.

Üç obrazda kamera qarşısına keçən İbrahimlinin klipi bu gün rəsmi "Youtube" səhifəsində yerləşdirilib.

“İnanıram  ki, yeni mahnım və klipim hitə çeviriləcək. Payız aylarında dinləyə biləcəyiniz bir bəstədir. “Ürəyimin qatili”nin sözləri Fərdi Quliyev, musiqisi Pərviz Mahmudova məxsusdur. Dinləyin, zövq alın və payızın dadını çıxarın” deyə, günay bildirib.