"Çirkinsən" yazan izləyicini verdiyi cavabla utandırdı

"Çirkinsən" yazan izləyicini verdiyi cavabla utandırdı
19181 dəfə oxunub
  • A-
  • A
  • A+

Model Öykü Baştaş sosil mediada onu tənqid edənləri özünəməxsus şəkildə cavablandırıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Paris moda həftəsində “Gucci” kimi məşhur brendi təmsil edəcək ilk və tək türkiyəli modeli izləyicilərin çoxu tənqid edib.

Onlardan birinin “Yəqin mən koram. Çox çirkindir” yazdığı tvitinə Öykü cavab verib. Modelin cavabı izləyicini utandırıb:

“Məncə insanlar fərqli olduğundan kimisə çirkin adlandırmaq səhvdir. Başdan-ayağa gözəllik anlayışına inanmıram. Model olmaq üçün də çox gözəl olmaq vacib deyil. Məncə insanların fərqliliyi elə onların gözəlliyidir. Bir də ki,  hər insan olduğu kimi gözəldir”.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü Öykünü ilk dəfə Amerikanın məşhur markalarından biri kəşf edib. Baştaş düzgün bədən quruluşu və fərqli siması ilə seçilir.