Aktyor Kıvanç Tatlıtuğun 3-cü filmi “Hadi be oğlum”un çəkilişləri oktyabrın 15-də başlayacaq.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kıvanç bu dəfə kamera qarşısına həmkarı Tamer Leventlə çıxacaq. Onlar ata-oğul obrazını canlandıracaq. Filmi Bora Egemen çəkəcək.

Qeyd edək ki, Tamer Leventt “Cesur və güzel” serialında Kıvanç tatlıtuğun düşməni Tahsin Korludağ obrazını canlandırırdı.