Mitinqə qatılan aktyor: “Serialdan uzaqlaşdırılmağım yalandır”

Mitinqə qatılan aktyor: “Serialdan uzaqlaşdırılmağım yalandır”
10173 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor İlqar Cahangir Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə iştirak etdiyi üçün rol aldığı serialdan uzaqlaşdırılacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, Musavat.com saytına açıqlama verən aktyor deyib ki, ekran işində fəaliyyətini davam etdirir:

“Mitinqdə iştirak etmişəm. Amma rol aldığım “Ögey ana” serialından uzaqlaşdırılmamışam. Bu gün çəkilişlərdə olmuşam. Sabah da çəkilişə yollanacağam. Serialdan uzaqlaşdırılmağım barədə xəbərlər yalandır”.

Qeyd edək ki, AzNews.az saytının yaydığı məlumata görə, mitinqdə aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədli iştirak edib. Hazırda onlar barədə ölçü götürülməsi məsələsinə baxılır. İlk növbədə həmin şəxslərin mətbuatdan, telekanallardan və ümumiyyətlə səhnədən uzaqlaşdırılması nəzərdə tutulur. Həmçinin, həmin aktyorların fəxri adlardan məhrum edilməsi məsələsinə də baxıla bilər.

Aktyor Abbas Qəhrəmanovun işlədiyi Milli Dram Teatrından kənarlaşdırıldığı bildirilir. Həmçinin, İlqar Cahangir və Ayşad Məmmədovun da çəkildikləri teleseriallardan uzaqlaşdırılacağı deyilir.