Rövşanə "qaçqın günündəsiz" dedi, mübahisə düşdü - video

Rövşanə "qaçqın günündəsiz" dedi, mübahisə düşdü -  video
15090 dəfə oxunub
  • A-
  • A
  • A+

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla aparıcı Rövşanə Ağasəfqızı arasında mübahisə düşüb.

Axşam.az xəbər verir ki, “Səhər-səhər” proqramına qonaq olan Y.Muradov aparıcının ünvanına bunları deyib:

“Bir dəfə efirdə dediniz ki, qaçqın teatrlar nəyə lazımdır, bağlansınlar. Məndə sizin həmin çıxışınızın video yazısı var. Saxlamışam ki, sabah dansanız göstərim”.

R.Ağasəfqızı əvvəlcə fikrini dansa da, sonrada etiraf edib:

“Bu mənim şəxsi fikrimdir, niyə biz tənqidə açıq deyilik? Yenə də fikrimdə qalıram. Düşünürəm ki, balaca-balaca teatrlardansa, onu böyük etsinlər. Nəyə lazımdı bu cıqqılı teatrlar? İrəvan, Gənc Tamaşaçılar, Şuşa Tetarları nəyə lazımdır? Yerindən duran ora sənət gətirir, biz də xəcalət çəkirik. Şuşa Teatrı nə edir?”.