“Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu keçirilib - fotolar

“Daşın nəğməsi” heykəltəraşlıq simpoziumu keçirilib -  fotolar
761 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakının Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşkilatçılığı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, simpoziuma Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Yeni Zelandiya, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya və Çindən 20 heykəltəraş qatılıb.

İştirakçılar simpozium zamanı Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradıblar.

Əsərlərin təqdimatı mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Beynəlxalq Heykəltəraşlar Simpoziumu Alyansına üzv olduğu qeyd edilib.