"Cücələrim"in bəstəkarının barelyefini oğurlayan tutuldu

"Cücələrim"in bəstəkarının barelyefini oğurlayan tutuldu
1035 dəfə oxunub
  • A-
  • A
  • A+
Daxili İşlər Nazirliyin (DİN) ayrı-ayrı sutrukturlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal və Səbail rayonlarında yerləşən yaşayış binalarının üzərlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə lövhələrini oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat tədbiri həyata keçirilib və nəticədə həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Abbasov və Müşviq Axundov, həmçinin Abşeron rayon sakini Kamran Əhmədov saxlanılıblar.

DİN-in mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, dəstə üzvü olan Hüseyn Abbasovun ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onun oktyabrın 1-də əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin Yasamal rayonunun N.Nərimanov küçəsindəki xatirə barelyefini oğurlaması da müəyyən edilib.