Gənc Tamaşaçılar Teatrı “Mariya” festivalında

Gənc Tamaşaçılar Teatrı “Mariya” festivalında
1224 dəfə oxunub
  • A-
  • A
  • A+
Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Kiyev şəhərində keçirilən “Mariya” adlı Beynəlxalq mono tamaşalar festivalında iştirak edib. 

Axşam.az xəbər verir ki, sözügedən festivalda ölkəmizi teatrın aktyoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar artisti Şövqi Hüseynov P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edib. 

Aktyor festivalın diplomu ilə təltif edilib. Şövqi Hüseynov festival çərçivəsində təşkil edilən “Aktyor sirri” adlı mədəni dialoq forumunda da yer alıb. O, seminarda  “Azərbaycan teatrı və Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, festivalda ölkəmizlə bərabər Polşadan, İspaniyadan, Ukraynadan, Slovakiyadan, Böyük Britaniyadan və Türkiyədən olan peşəkar teatrlar da yer alıblar.