Hande yeni sevgilisi ilə Praqada - fotolar

Hande yeni sevgilisi ilə Praqada - fotolar
7090 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Hande Erçel yeni sevgilisi, iş adamı Mehmet Dinçer ilə Praqaya yollanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük İnstaqram səhifələrində Praqada çəkdirdikləri fotoları paylaşıblar. Amma Hande və Mehmet bu dəfə də sosial mediada birlikdə çəkilmiş foto yerləşdirməkdən çəkiniblər.

Qeyd edək ki, Dinçer Erçelin bir müddət əvvəl ayrıldığı keçmiş sevgilisi Ekin Merd Duymazın ən yaxın dostudur.

Xatırladaq ki, Dinçerin Handedən əvvəl bir çox məşhurlarla adı hallanıb. Onlar arasında  Ece Seçkin, Deniz Akkaya və Asena Atalay da var.