Bəbirləri başına yığan Ancelina ismarış yolladı - fotolar

Bəbirləri başına yığan Ancelina ismarış yolladı - fotolar
2456 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Ancelina Coli "Harper's Bazaar” dərgisinin noyabr sayı üçün fotosessiya etdirib.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 42 yaşlı aktrisanın şəkilləri afrikasayağı peyzaj fonunda bəbirlərin əhatəsində çəkilib. Coli eyni zamanda jurnalın budəfəki sayında Namibiyada qadın haqları ilə bağlı açıq məktubunu da dərc etdirib:
 
“Qadınlar yoxsul dünya əhalisinin əksəriyyətini təşkil edirlər. Onların vəziyyəti brakonyerlərin vəhşi təbiəti məhv etməsi, balıq ehtiyatlarını tükətməsi, ətraf mühitə vurulan zərbə ilə daha da ağırlaşıb. Qadınların təhsili və sağlamlığı belə şərtlər daxilində arxa plana keçir. Hər gün hər birimiz bir seçim edirik. Biz yalnız buna qanunsuz satılan vəhşi təbiət məhsullarını almaqdan imtina etməklə etirazımızı bildirməliyik. Onlara olan tələbatı dayandıra bilərik”.