Robert Pattinson nişanını qaytardı

Robert Pattinson nişanını qaytardı
1255 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Robert Pattinson müğənni sevgilisi Taliya Barnettlə (FKA Twigs) nişanını pozub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 31 yaşlı aktyorun 29 yaşlı sevgilisindən ayrılmasına səbəb birlikdə az vaxt keçirmələridir. Aktyora yaxın mənbə bunları deyib:

“Rob artıq bezmişdi. O, nişanı qaytardı və bunu hər iki tərəf yaxınlarına bildirdi. Hər ikisi üçün çətin zamandır”.

Xatırladaq ki, Robertlə Taliya 2014-cü ilin sentyabrından birlikdədirlər.