"Festivala 400-dən çox mağaza qatılıb" - nazir

"Festivala 400-dən çox mağaza qatılıb" -  nazir
1502 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, oktyabrın 15-də Bakıda keçiriləcək Şopinq Festivalına həsr edilən tədbirdə Vergilər nazirinin müavini Sahib Ələkbərov, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova, Bakı Şəhər İcra Hakimiyəti başçısının müavini Fidumə Hüseynova da iştirak ediblər. 

Mərasimdə bildirilib ki, şoppinq festival oktyabrın 15-də başlayacaq və noyabrın 15-nə kimi davam edəcək. Kampaniyada paytaxtda yerləşən 400-ə yaxın mağaza iştirak edəcək. Satılan mallara “Tax Free” imkanı verilib.

Ə.Qarayev bildirib ki, festivalın məqsədi turistlərin diqqətini cəlb etməkdir:

“Festival ölkə başçısı İlham Əliyevin sərəncamı ilə keçirilir. Artıq ikinci dəfədir ki, ölkəmizdə şoppinq festivalı olacaq. Bu dəfə festival miqyasını genişləndirib. Ötən dəfəkinə nisbətən kampaniyaya qatılan mağazaların sayı da artıb. Bu il 400-dən çox mağaza festivala qatılıb. Hətta onlar arasında apteklər də var. İndi lotoreyalar üzərində iş görürük. Xüsusi mükafatlar təsis olunub. Növbəti festivalda xaricdə gələn qonaqlar üçün xüsusi imtiyazlar təşkil olunacaq. Ötən ilin sentyabr ayı ilə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayında 7 faiz artım olub. Keçən il ƏDV qaytaran və festivalda iştirak edən obyektlərin sayı 172 idisə, bu dəfə 467 müəssisə qeydiyyatdan keçib. ƏDV qaytarmayan amma endirim edən partnyorlarının sayı ilk dəfə 33 idisə, bu dəfə 111-dir. İştirakçıların sayı keçən il 205 idisə, bu il üçün 578-dir”.

S.Ələkbərov ilk festivaldan danışaraq, həmin vaxt heç bir problemlərin olmadığını vurğulayıb.

Qeyd edək ki, "Baku Shopping Festival - Tax Free" nişanı olan mağazalardan 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləğ nağd və bank hesabına/karta köçürmə yolu ilə əldə edilə bilər.