Uzun zamandır seriallardan uzaq düşən aktrisa Yıldız Asyalı geri dönüb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Eyvah Babam” ilə məşhurlaşan Yıldız kanal 7-də “Elif” serialında rol alıb.

Qeyd edək ki, tanınmış seriallarda rol alan aktrisa 2015-ci ildə Emre Vatanseverlə sürpriz şəkildə ailə qurduqdan sonra ekralardan uzaq düşmüşdü. Cütlüyün ötən il bir qızı dünyaya gəlib.