Arif Quliyevin halı qəfil pisləşdi

Arif Quliyevin halı qəfil pisləşdi
3847 dəfə oxunub
  • A-
  • A
  • A+
“Maşın şou”da iştirak edən xalq artisti Arif Quliyevin halı pisləşib.

Axşam.az xəbər verir ki, bu barədə verilişin aparıcısı Murad Dadaşov məlumat verib.

O bildirib ki, aktyorun halı günorta qəfil dəyişib. Təzyiqi qalxan xalq artistinə təcili tibbi yardımın əməkdaşları kömək edib. 

Verilişin təşkilatçıları aktyoru xəstəxanaya yerləşdirmək istəsələr də, o bundan imtina edib.

Həkimlər vurğulayıb ki, A.Quliyev səhhəti ilə əlaqədar yarışmada iştirakını davam etdirə bilməz və o, evinə yola salınıb.

Proqramın aparıcısı M.Dadaşov aktyorun artıq "Maşın"dan uzaqlaşdırıldığını deyib və ona sağlamlıq arzulayıb.