"Ərim mənə mənimlə xəyanət etdi"

"Ərim mənə mənimlə xəyanət etdi"
7645 dəfə oxunub
  • A-
  • A
  • A+
"Beyaz TV"də yayımlanan "Həyatda hər şey var" proqramında maraqlı anlar yaşanıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcısı Nur Viral olan verilişə bir qadın izləyici zəng vurub.

O, ərinin onu özü ilə aldatdığını deyərək həm ekran qarşısında oturan tamaşaçıları, həm də studiyadakıları çox təəccübləndirib:

"Yoldaşımın mənə xəyanət etdiyini bilirdim. Ona görə yalançı bir hesab açıb onunla yazışmağa başladım. Mən mətbəxtə, o isə zalda uzun müddət yazışdıq. O, mənə mənimlə uzun müddət xəyanət etdi. Sonda görüşək dedi, mən də hesabı bağlayıb, ona həqiqəti açıqladım".