"Şou-proqramlara məcbur gedirəm" - Samira

"Şou-proqramlara məcbur gedirəm" -  Samira
1771 dəfə oxunub
  • A-
  • A
  • A+

“Hansısa şou, patar və hərəkətləri ilə özlərini gündəmdə saxlayırlar. Fikir verirəm ki, sənət sıfır dərəcəsinə gəlib”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Samira Allahverdi “ATV maqazin onlarla” verilişində deyib.

Sənətçi müğənnilərin özlərini sənətlə yox, geyimlə reklam eləməsini qınayıb:

“Mən insanlığa, sənətə dəyər verənəm. İndi başqa şeylə gündəmə gəlirlər. Sponsorlar da yoxdur. Əgər mən konsert versəm, ancaq oxuyacam, səsimi göstərəcəm. Şou mənlik deyil. Klublarda konsert vermişəm, dayanmadan oxumuşam”.

Samira bildirib ki, məcbur şou-proqramlara gedir:

“Məndən olsa oxumaram. Amma məcburam. Qazandığım pul isə məni qane etmir. Bu, naşükürlük kimi səslənməsin. Eləsə də, eləməsə də budur. Bundan o tərəfə keçə bilmirəmsə, gileylənməyə ixtiyarım yoxdur”.