Eminin dəbdəbəli villası - video

Eminin dəbdəbəli villası -  video
15711 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada yayımlanan “Напросились” verilişi müğənni-bəstəkar Emin Ağalarovun evində çəkiliş edib.

Axşam.az-ın məlumatına görə, villa fransız qəsrləri stilində tikilib. Evin sahəsi 4,5 min kvadratmetrdir. Malikanədə 13 yataq, bir neçə qonaq otağı, idman və film zalı, hovuz var. Mənzildə çaya mənzsərəsi olan eyvan və səsyazma studiyası da yer alır.

“Evim çox böyükdür. Bunu tikdirəndə düşünürdüm ki, çoxlu övladlarım olacaq. İndi üç uşağım var, bununla kifayətlənməyəcəm. Layihəni hazırlayanda burada 10 uşağın qaçdığını və çoxlu işçi heyəti olacağını təsəvvür etmişdim. Çox vaxt şəhərdəki evimdə qalıram. Uşaqlar gələndə bu ev şənlənir” deyə, Emin deyib.