Demet Şenerdən Kutluayla bağlı iddia

Demet Şenerdən Kutluayla bağlı iddia
1665 dəfə oxunub
  • A-
  • A
  • A+

Demet Şener və İbrahim Kutluay cütlüyünün məhkəməsi davam edir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Demet ərinin ona xəyanət etdiyini söyləyərək ayrılmaq qərarı vermişdi.

Şener qatıldığı məclislərdən birində jurnalistlərin məhkəmə prosesi ilə bağlı suallarını cavablandırıb. O deyib ki, İbrahim məhkəmənin gedişinə mane olmağa çalışır:

“Kimliyi hamıya məlum olan bir adam (əri İbrahim Kutluay - red.) çətinliklər yaradır. Normal bir təzminat istədim, onu da qəbul etmədi. Bizi çətin vəziyyətə salıb. Bu işi başqa şəkildə həll edərdim, amma hüquqi yollara müraciət etmişəm”.