"Fi" ilə bağlı oğurluq iddiası

"Fi" ilə bağlı oğurluq iddiası
1783 dəfə oxunub
  • A-
  • A
  • A+

Başak Sayan serialı da çəkilən “Fi” adlı kitabın 2010-cu ildə yazdığı “Bağlanma korkusu” romanı ilə eyni olduğunu deyib.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Başak sosial şəbəkədə bu sözləri yazıb:

“Roman 2011-ci ildə satışa çıxdı. Cem adlı qadınlara düşkün birinin Bahar adlı balerina, saf qıza qarşı olan zorlayıcı eşqindən bəhs edirdi. Mövzu tanış gıldi? “Fi” adlı kitabla eyni mövzudadır. Bu kitabı çox gec oxudum. Oxuyan kimi də əhvalım korlandı və sona kimi oxuya bilmədim. Bu qədər çox satan və oxunan bir kitab...

Kaş ki, başqa bir ölkədə olsaydı da, haqqımı tələb edə bilsəydim... Mövzunu bağladım.

Amma bu gün sosial şəbəkədə hər iki kitabın çox bənzədiyi və mənim oğurluq etdiyim müzakirə olundu. Bu da məni dəliyə döndərdi. Axı “Fi” adlı kitabı yazan Azra Koken oğurluq edib, mən yox. “Bağlanma korkusu” 2011-ci, “Fi” isə 2013-cü ildə yazılıb”.