Restoranda ac uşaqların qarnını doyuran kişiyə inanılmaz jest - fotolar

Restoranda ac uşaqların qarnını doyuran kişiyə inanılmaz jest - fotolar
11610 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanda Axileş Kumar adlı bir kişinin başına maraqlı hadisə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, restoranda əyləşib yemək yeyən Axileş pəncərədən bir balaca oğlan və qızın yeməklərə baxaraq udqunduğunu görüb. Uşaqları içəri çağıran Kumar onların da qarnını doyurmaq qərarına gəlib.

Bacı-qardaş Axileşin yediyi yemədən istəyiblər və onlar üçün sifariş qəbul olunub.

Ac uşaqlar qarınlarını doyurduqdan sonra Kumara təşəkkür edərək restoranı tərk ediblər. Öz yeməyini də yeyib qurtaran kişi hesabı istəyib.

Hesab gələndə isə Axileş şok keçirib. Belə ki, kağızda rəqəm deyil, belə bir qeyd görüb:

"Hamıya kömək etmək olmaz, amma siz bu gün bəşəriyyət üçün nəsə etdiz. Siz ehtiyacı olana kömək etdiniz".

Axileş restoran tərəfindən edilən bu jestə çox təəccüblənib və həyatda hələ də yaxşı insanların mövcud olduğuna inanıb.