Hamilə olduğunu doğuşdan 4 saat əvvəl öyrəndi - fotolar

Hamilə olduğunu doğuşdan 4 saat əvvəl öyrəndi - fotolar
14846 dəfə oxunub
  • A-
  • A
  • A+
Özünü “İnstaqramın selfi kraliçası” adlandıran Conni Vitton adlı qadının başına maraqlı hadisə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Conni hamilə olduğunu doğuşa 4 saat qalmış öyrənib.

Belə ki, hər gün selfi çəkərək paylaşan 19 yaşlı qadına izləyiciləri son zamanlar kökəldiyini qeyd ediblər.

Bunun üçün Vitton diyeta saxlayaraq 6 kiloqram arıqlayıb. Lakin belində ağrının get-gedə artıdığını görən gənc qadın həkimə müraciət edib.

Xəstəxanada Conniyə hamilə olduğunu deyiən həkimlər onu doğuşa hazırlayıblar.
Bu barədə Vitton səhifəsinə qeyd edib:

“Belimi yoxlatdırmaq üçün axşam saat 9-da həkimə getdim. Gecə saat 1-də isə qucağıma övladımı verdilər. 9 ay ərzində hamiləliyimdən qətiyyən xəbərim olmayıb. Bunun üçün heç bir halla da rastlaşmamışam”.