Nisə Qasımova "Yalandı dünya"nı bu dəfə belə oxudu - video

Nisə Qasımova "Yalandı dünya"nı bu dəfə belə oxudu -  video
761 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Nisə Qasımova “Yalandı dünya” adlı mahnısını yeni versiyada təqdim edib.

Axşam.az-ın məlumatına görə, müğənni rok janrında oxuduğu bəstəyə klip də çəkdirib.

N.Qasımova mahnını rok ifaçısı Qara Dərvişlə duet şəklində oxuduğunu deyib:

“Çox xoşbəxtəm ki, hətta illər öncə ifa etdiyim musiqilər də gənclər tərəfindən diqqət mərkəzindədir və sevilir. “Yalandı dünya”nı müxtəlif ifaçılar məndən sonra oxudular. Amma onu rok janrında yenidən təqdim etmək mənə maraqlı gəldi. Mahnının sözləri İkram Əliyev, musiqisi isə Rəvan Habiloğluna aiddir”.