"Orada hamının iç üzünü gördüm" - "Maşın"dan gedən Zemfira

"Orada hamının iç üzünü gördüm" -  "Maşın"dan gedən Zemfira
5847 dəfə oxunub
  • A-
  • A
  • A+

"Maşın" şoudan çıxmağıma həm peşmanam, həm də yox. Bir neçə gün də şouda qalmaq, sözümü demək şansı qazanmaq istəyərdim. Amma davasız, üz-göz olmadan, hörmətdən düşmədən getdim".

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı Zemfira Adıgözəlova deyib.

Müğənni Raufun səs toplayaraq şoudan uzaqlaşdırdığı aparıcı orada yaşadıqlarından bəhs edib:

"Orada qruplaşma var, amma dostluq yoxdur. Xanımlar arasında daha çox qruplaşma var idi. Mənim iki hədəfim var idi: biri xanım, digəri kişi. Səsverməyə çıxsaydım, hansı qalsaydı, onlardan birini uzaqlaşdıracaqdım. Səs toplayacağıma isə əmin idim. Elə-belə deməyəcəkdim ki, filankəs getsin. Mən onu çıxarmağımın səbəblərini bir-bir sadalayacaqdım. Bu da səs toplamağıma kömək edəcəkdi".
 
Zemfira bildirib ki, oradakı bəzi iştirakçılarla heç vaxt bir araya gəlmək istəməzdi:

"Orada bir neçə adam var idi ki, onlarla bir arada olmaq istəməzdim. Heyif ki, şoudur, nə edə bilərəm? Orada ruhən mənə yaxın olan insan İlkin Misgərli idi. Biz zarafatı sevən adam idik. O da, mən də başa düşmürdük ki, oyunda nələr olur. Bilmirdik necə oyun aparaq ki, insanlarla üz-göz olmayaq. Finala İlkinin qalmasını istəyirəm. Amma Mehriban Xanlarovanın da maşına ehtiyacı var".

Aparıcı bildirib ki, çoxlarının iç üzü orada açıldı:

"Hamının iç üzünü orada gördüm. Elələri var ki, onların əsl simasını hələ tamaşaçı görməyib. Oteldə, kadr arxasında, yemək zamanı görürdüm ki, hamı oyun oynayır. Hamıyla müsbət münasibətdə idim. Orada bütün iştirakçılar bir-birinə rəqibdir. Çalışdım heç kimlə üz-göz olmadım. Qadın həmrəyliyini sona qədər qorudum. Əslində mən də düşünürəm ki, biabır olub şoudan getməkdənsə, üzüsulu getmək yaxşıdır.

Sosial şəbəkədəki paylaşımları izləyirəm. Rəylərdən xoşum gəlir. Söz-söhbətin mərkəzində olmamağım, mənə tamaşaçı rəğbəti qazandırıb. İnsanlar mənə sevgisini bildirdi".