Məşhurlar Hülyaya qarşı: "Biabırçılıq"

Məşhurlar Hülyaya qarşı: "Biabırçılıq"
6339 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Hülya Avşarın “Kişilər xanımlarını hiss etdirmədən aldatsınlar” kəlməsinə etiraz edənlərin sayı durmadan artır.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçının aparıcısı olduğu verilişində dediyi həmin ismarışa müğənni Demek Akalın, Kuşum Aydın və aparıcı Seda Akgül də etiraz ediblər.

Demet Hülyanın sözlərinə qarşı bunları deyib:

“Cümləsinin sonunda “zarafatdır” desəydi... İnana bilmirəm. Biabırçılıq. Bu qadının cahilliyi mübahisə edilməzdir”.

Kuşum Avşarın həmin cümləni diqqət çəkmək üçün istifadə etdiyini, Seda isə müğənninin ağıllı qadın olduğunu və qonağından söz almaq üçün işlətdiyini qeyd edib.

Xatırladaq ki, Hülya verilişində “Kişilər bəzən xanımlarına hiss etdirmədən xəyanət etsələr, ailə axıradək davam edər” demişdi.