Xalq artisti dünyasını dəyişən anasından danışıb ağladı

Xalq artisti dünyasını dəyişən anasından danışıb ağladı
1353 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Ömrün fəsilləri” proqramının qonağı xalq artisti Nisə Qasımova olub.

Axşam.az-ın məlumatına görə, dünyasını dəyişən anasından danışan müğənni göz yaşlarını saxlaya bilməyib:

“Anamı itirəndən sonra hər gün yanıram, ağlayıram. Arada dostlarımla söhbət edirik, sənətdən danışıram qayıdıram anaya... İndi də ürəyim bərk sancır. Həmkarlarımdan biri demişdi ki, əşi, ölüb ölüb də. Hamının anası ölür. Amma elə deyil, əzizim. Mən istəyirəm qulağını yaxşı və gözünü yekə açasan. Sən və sənin kimilərinin duruşundan bəllidir ki, nə uşaq vaxtından ana qədri, nə dünyasını dəyişəndən, nə də ana olandan sonra bilmisən. Xahiş edirəm heç vaxt deməyin ki, anası 85 yaşında öldü, ömrün yaşadı. 119 yaşında sağ analar var. Övladlari ona yaxşı baxırlar. Bu övladların mən qadasını alım. Hansı həmkarım ki, anasını sevir, o, həmkarımla aramda soyuqluq qalmır”.