"Bakıya gəlmişəm ki, Vikanı Qız qalasından atım"

"Bakıya gəlmişəm ki, Vikanı Qız qalasından atım"
2643 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Rusiyanın əməkdar artisti Nikolay Baskov Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni “Crystal hall”da konsert proqramı ilə çıxış edib.

Paytaxtımızda bir neçə gün qalan Baskov şəhər gəzintisinə yollanıb. O, model sevgilisi Viktoriya (Vika) Lopyrevanı da özü ilə gətirib. Nikolay ötən gün Qız qalasına çıxıb.

Sevgilisi ilə videosunu İnstaqram səhifəsində paylaşan sənətçi “Bir nağılın sonu” şərhini yazıb və belə zarafatlaşıb:

“Biz Bakıdayıq. Vikiyə Qədim şəhəri göstərmək istəyirəm. Bu qaladan ən gözəl qızları atıblar. Bakıya gəlmişəm ki, Vikanı bu qaladan atım. Sən mütləq ora getməlisən”.