BMT-nin təşkil etdiyi “Yer üzünün gözəli” yarışmasının nəticələri açıqlanıb.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müsabiqənin builki qalibi vyetnamlı Le Thi Ha Thu olub. İkinci yerin sahibi amerikalı iştirakçı, 22 yaşlı Andre Gibau, üçüncü yerin sahibi ukraynalı Diana Mironenko olub. Müsabiqə Filippində keçirilib.

Qeyd edək ki, BMT “Yer üzünün gözəli” yarışmasını ətraf mühitin qorunması ilə qlobal problemlərə diqqət çəkmək məqsədilə keçirir.