“Qladiator” filmi ilə karyerasının zirvəsinə yüksələn aktyor Rassl Krou tanınmaz hala düşüb.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 53 yaşlı aktyor “Boy erased” filminin Atlantadakı çəkilişləri zamanı görüntülənib. Enli şalvar və köynək geyinən Rasslın vaxtilə gənc qızların bəyəndiyi qarın əzələlərindən əsər-əlamət qalmayıb. Krou həddindən artıq kökəlməsi ilə diqqət çəkib.

Qeyd edək ki, Rassl Krou 2001-ci il istehsalı olan “Qladiator” filmi ilə “Ən yaxşı aktyor” kateqoriyası üzrə “Oskar” alıb.