"Plastik əməliyyatlara "dur" deməlisən" - aktrisanı tanımadılar

"Plastik əməliyyatlara "dur" deməlisən" - aktrisanı tanımadılar
4276 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Ketrin Zeta Cons Zuhair Muradın Fransanın Kann şəhərində təşkil edilən dəfiləsini izləyib.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, fanatları gecəyə qara, sinə dekolteli transparan libasda qatılan Hollivud ulduzunu tanımaqda çətinlik çəkiblər. Maykl Duqlasla ailəli olan 48 yaşlı Ketrin yenidən plastik əməliyyat etdirib. Üzü tamamilə dəyişən Consun yeni görünüşü sosial şəbəkədə tənqid olunub. İstifadəçilər aktrisanı plastik əməliyyata həddindən çox meyl etməkdə günahlandırıblar.
 
İzləyicilər arasında “Plastik əməliyyatlara “dur” deməlisən”, “Adını oxumasaydıq, şəkildəkinin sən olduğuna inanmayacaqdıq”, “Elə bil, özünə yeni baş nəql etdirib” kimi şərh yazanlar da olub.