Google və “Levi’s” brendi maraqlı ortaq layihəyə imza atıblar.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, onlar birlikdə “Levis Commuter Trucker” adlı cins gödəkçə hazırlayıblar. Gödəkçələrin özəlliyi ondadır ki, telefon zənglərinə cavab verir, avtomobil, velosiped idarə edərkən döngələrdə xəbərdarlıq edir və SMS-ləri ucadan oxuyur. Bütün bunlara isə paltarın ayrı-ayrı hissələrinə tikilmiş sensor vasitəsilə nail olur. Əlinizi gödəkçənin cibinə saldıqda, yaxud düyməsiniə toxundurduqda telefon funksiyalarından biri işə düşür. Hansı jestin hansı funksiyanı bildirməsini isə siz özünüz qabaqcadan təyin edirsiniz.

Qeyd edək ki, bu, Google-un ilk belə yeni təcrübəsi bir neçə il əvvəl “ağıllı eynək” istehsalı ilə başlayıb.