"Onunla birlikdə yaşamışıq" - Rəhimdən həmkarı ilə bağlı sevgi etirafı

"Onunla birlikdə yaşamışıq" - Rəhimdən həmkarı ilə bağlı sevgi etirafı
14193 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəhim Rəhimli illər əvvəl duet ortağı olmuş həmkarı ilə eşq yaşadığını etriaf edib.

Axşam.az-ın məlumatına görə, “Hər şey daxil” verilişinə açıqlama verən sənətçi hazırda həmin xanımın sənətdə olmadığını deyib:
 
“Sənətçi kişini yalnız sənətçi qadın sevə bilər. Bir vaxtlar mənim də başıma belə bir şey gəlib. O müğənni artıq sənətdə deyil. Zamanında biz yaradıcılıq işinə olanda bir-birimizə sevgimiz yarandı. Amma 2-3 il çəkdi. Çünki mən Azərbaycandan getdim. O xanım bir müddət sonra mənim yanıma gəldi, bərabər yaşadıq. Hazırda övladı var, xarici ölkədə yaşayır. Yeni sənətçi idi. Sənətdə ilk addımlarını atırdı”.

Qeyd edək ki, Rəhim Rəhimli 2008-ci ildə gənc müğənni Samrina Hüseynova ilə “Hardasan” mahnısını ifa edib. Samrina ötən il yenidən sənətə qayıtdığını elan etmişdi.