"Səyyadla Mənzurə "tutuzdura bilmədilər" - Tolik

"Səyyadla Mənzurə "tutuzdura bilmədilər" -  Tolik
2556 dəfə oxunub
  • A-
  • A
  • A+

“Səyyad Əlizadə ilə Mənzurə Musayeva illər əvvəl duet ortağı oldular. Amma gördülər ki, “tutuzdura bilmirlər”, ayrıldılar”.

Axşam.az-ın məlumatına görə, bu sözləri prodüser Tarix Əliyev (Tolik) “Hər şey daxil” verilişində uğurlu və uğursuz duetlərdən danışarkən deyib.

O, duetlərin toy qazanmaq məqsədilə ifa edilməsindən şikayətlənib:

“Namiqlə Aygünün dueti sırf eşqdən doğan duet idi. Baxmayaraq ki, onlar artıq heç bir dueti ifa etmirlər. Samir Piriyev Gülayla duet oxuyub, ama Gülayın səs tembrı Samirin səsinə uyğun deyil. Duet ortağı seçəndə toyu fikirləşməsinlər. Cavanşir Məmmədovla Firuzə İbadovanın uğurlu duetlərini görməsəm də, toy bazarında həmişə bir yerdədilər. Görməmişəm, afişaları olsun ki, filan yerdə konsertlər verəcəklər.

Zülfiyyə Xanbabayeva ilə Miri Yusifin, Röya ilə Miri Yusifin, Xəyyamın, Tünzalə Ağayeva ilə Xəyyamın duetləri uğurlu olub”.